“Köçkünlər qayıtdıqdan sonra mənzil məsələsinə baxılacaq” - Nazirlik

“Köçkünlər qayıtdıqdan sonra mənzil məsələsinə baxılacaq” -  Nazirlik
  08 Yanvar 2021    Oxunub:1775
“Artıq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan 4700 evin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilməsi ilə bağlı işlərə başlanılıb”.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov bildirib.

O qeyd edib ki, yeni mənzil proqramı Vətən müharibəsinin iştirakçılarına, şəhid ailələrinə şamil ediləcək.

"Aiddiyyatı qurumlarla proqramların hazırlanması və icrası istiqamətində detallar müzakirə olunacaq. Bu barədə geniş məlumat veriləcək”.

Nazirlik rəsmisi, həmçinin deyib ki, məcburi köçkünlər Qarabağa qayıtdıqdan sonra mənzillərlə bağlı məsələyə baxılacaq.

Aytən Zəhra
Azvision.az


Teqlər: ƏƏSMN   Mənzil  






Xəbər lenti