Özünəməşğulluq proqramları Qarabağda davam etdiriləcək

Özünəməşğulluq proqramları Qarabağda davam etdiriləcək
  08 Yanvar 2021    Oxunub:1801
İşğaldan azad edilmiş torpaqlarımızda özünəməşğulluq proqramları davam etdiriləcək.
Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib. Onun sözlərinə görə, keçmiş məcburi köçkünlərimiz özünəməşğulluq proqramının həssas qrupları sırasındadır.

“İndi onlar burada qurduqları təsərrüfatları dədə-baba yurdlarına daşıyacaq, orada inkişaf etdirəcəklər. Özünəməğulluq proqramı işğaldan azad edilmiş torpaqlarımızın sosial iqtisadi vəziyyətinin yüksəldilməsində böyük rol oynayacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Qarabağ   Özünəməşğulluq  






Xəbər lenti