Operativ Qərargahın qərarlarının icrasına nəzarət edilib - Prokurorluq

   Operativ Qərargahın qərarlarının icrasına nəzarət edilib -    Prokurorluq
  08 Yanvar 2021    Oxunub:1726
Xəbər verildiyi kimi, yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Müşavirədə Baş prokuror Kamran Əliyev çıxış edib.

Bildirilib ki, ötən il ərzində prokurorluq orqanları koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində də üzərlərinə düşən vəzifələri səylə yerinə yetirərək, karantin, sanitar-gigiyena rejim qaydalarının pozulmasına qarşı kəsərli profilaktiki, cinayət-hüquqi və inzibati təsir tədbirləri həyata keçirərək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarının icrasına nəzarət ediblər.

Azvision.az


Teqlər: Prokurorluq  






Xəbər lenti