“Havanı ən çox avtomobillər çirkləndirir” - Xidmət rəisi

“Havanı ən çox avtomobillər çirkləndirir” -  Xidmət rəisi
  08 Yanvar 2021    Oxunub:2147
Bakı şəhərində havanı çirkləndirən əsas mənbələrdən biri nəqliyyatın çox olmasıdır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, Bakıda nəqliyyatın, binaların sıxlığı, eləcə də asfalt örtüyünün olması nəticəsində bəzi yerlərində daha yüksək temperaturun müşahidə edilməsi mümkündür:

“Azərbaycanın regionlarında və iri şəhərlərdə özünəməxsus mikroiqlim şəraiti yaradılıb. Bəzi ərazilərdə mikroiqlim şəraitini dəyişmək lazım deyil, əksinə onu qorumaq lazımdır. Biz çalışaq ki, bəzi yerlərdə belə iqlim şəraitinə az müdaxilə olsun”.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN  






Xəbər lenti