Peşə təmayüllü siniflərin sayı 85-ə çatdırılacaq
2020-2021-ci tədris ilində peşə təmayüllü siniflərdə dərs deyən müəllimlərinin bilik və bacarıqlarının artırılması məqsədilə btəlimlər təşkil edilib. Ümumilikdə təlimlərdə 210 nəfər iştirak edib. Peşə təmayüllü siniflərin iştirakı ilə bir sıra sosial layihələr də həyata keçirilib.
2021-2022-ci tədris ilində peşə təmayüllü siniflərin sayının 50 məktəbdə 85 sinfə, şagirdlərin sayının isə 1 700-ə çatdırılması planlaşdırılır. Həmçinin 35 ümumi təhsil müəssisəsində 700 şagird üçün “Sürücülük” modulunun və STEAM metodologiyasının tətbiqi nəzərdə tutulur.
Qeyd edək ki, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasıdır. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas məqsədlərindən biridir.
Azvision.az