“Vaksinasiyadan sonra da maska taxılmalıdır” - TƏBİB rəsmisi
“Birinci doza vurulandan 14-21 gün sonra ikinci doza vurulacaq. İkinci dozadan sonra virusa qarşı orqanizmdə yaranan anticisimlərin əmələ gəlməsini gözləmək lazımdır. Lakin bununla birlikdə vaksinasiya prosesindən bir müddət sonra da tibbi maska taxılmalı, əl gigiyenası və sosial məsafə ilə əlaqədar qaydaya əməl olunmalıdır, çünki ikinci doza alınana qədər, daha dəqiq desək, immunitet yaranana qədər təhlükənin sovuşmasına bel bağlamaq olmaz. Orqanizmdə infeksiyaya qarşı immunitet yaranana qədər gözləmək və qaydalara əməl etmək lazımdır”, - deyə TƏBİB rəsmisi qeyd edib.
Azvision.az
Teqlər: TƏBİB







Vaxtında, Aydın, Lazımlı!


