AQTA-dan sahibkarlara xəbərdarlıq
Qeyd olunub ki, epidemiya dövründə ictimai iaşə sektorunda müəyyən edilən qaydalara əməl edilməsi, o cümlədən məsul şəxsin müəyyən edilərək müvafiq məlumatların AQTA-ya təqdim edilməsinə monitorinqlər zamanı ciddi nəzarət ediləcək. Monitorinqlər zamanı belə müəssisələr aşkar olunduqda onların fəaliyyətləri məhdudlaşdırılacaq və inzibati cəza tədbirləri görüləcək.
Odur ki, sahibkarlar ictimai iaşə obyektində fəaliyyət göstərəcək məsul şəxs haqqında məlumatları ən qısa zaman ərzində Agentliyə şəxsi kabinetləri vasitəsilə və ya [email protected] elektron poçt ünvanına göndərilməsini təmin etməlidirlər.
Azvision.az
Teqlər: AQTA