Culfadan Xocavəndə uzanan şəhadət yolu - VİDEO

  Culfadan Xocavəndə uzanan şəhadət yolu -    VİDEO
  09 Yanvar 2021    Oxunub:7323
Vətən müharibəsində qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biri də Kənan Quliyevdir.

Azvision.az -ın məlumatına görə, Kənan Quliyev 11 sentyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. 2019-cu ildə müddətdən artıq hərbi qulluqçu kimi Əlahiddə Ümumqoşun Orduda xidmətə başlayıb.
O, müzəffər Ordumuzun qələbəsilə başa çatan Vətən müharibəsində xüsusi şücaətləri ilə fərqlənib. Naxçıvandan döyüşə yollanan K.Quliyev Xocavənd istiqamətində şəhidlik zirvəsini fəth edib.

İgid hərbçimiz ölümündən sonra “Vətən uğrunda” medalı, “Şuşanın azad olunması uğrunda” medalı və “Hərbi xidmətə görə” medalı ilə təltif olunub.



Azvision.az



Teqlər: Şəhid   Müharibə   Naxçıvan  





Xəbər lenti