Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,61 dollar artaraq 55,99 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,41 dollar bahalaşaraq 52,24 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,06 ABŞ dolları və yaxud 1,94 % artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 55,76 ABŞ dolları təşkil edib.
Azvision.az