Baş nazir büdcə ilə bağlı tapşırıqlar verdi

   Baş nazir büdcə ilə bağlı tapşırıqlar verdi
  09 Yanvar 2021    Oxunub:1493
Maliyyə Nazirliyi 2021-ci ildə beynəlxalq və regional təşkilatlarla, maliyyə institutları ilə əməkdaşlıq üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə” bu gün imzaladığı sərəncamda qeyd olunub.

Sərəncamda həmçinin, 2021-ci ildə Maliyyə Nazirliyinə:

- Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları ilə bağlı nəzərdə tutulan vəsaitin Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqları üzrə manat və müvafiq xarici valyutalarda bölgüsü və həmin bölgüdə ediləcək dəyişiklikləri Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış təkliflərini bir ay müddətində;

- Beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində;

- Beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini iki ay müddətində;

- Xarici yardımlar üçün nəzərdə tutulan vəsaitin xərc istiqamətləri və tədbirlər üzrə bölgüsü barədə təkliflərini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti  






Xəbər lenti