Ceyhun Bayramov: “Qəza xəbəri məni kədərləndirdi”
"Cakartanın yaxınlığında baş vermiş faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni dərindən kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya xalqıyladır", - deyə nazir qeyd edib.
Xatırladaq ki, bu gün İndoneziyada “Boeing 737-500” sərnişin təyyarəsi qəzaya uğrayaraq dənizə düşüb. “Sriwijaya Air” aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 53 sərnişin və 12 ekipaj üzvü olub.
Azvision.az
Teqlər: XİN CeyhunBayramov







Vaxtında, Aydın, Lazımlı!


