Vətən müharibəsinin xanım şəhidinin büstü hazırlandı - FOTO

 Vətən müharibəsinin xanım şəhidinin büstü hazırlandı -  FOTO
  10 Yanvar 2021    Oxunub:6905
Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçu Arəstə Baxışovanın büstü hazırlanıb.
Azvision.az xəbər verir ki, büstün müəllifi gənc heykəltaraş Müstəqil Balayevdir.

Xatırladaq ki, Vətən müharibəsində şəhid olan Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində çalışıb. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.







Azvision.az


Teqlər: Şəhid   Xanım   Vətən-Müharibəsi  






Xəbər lenti