“Anamı da götürüb gələrsən bu torpaqlara...” - Şəhidimizin atasına vəsiyyəti
Şəhidin atası Habil Nuriyev deyib ki, oğlu hər dəfə onunla danışanda Qarabağı qarış-qarış azad etdiklərini bildirirdi: “Hər dəfə danışanda deyirdi ki, inşallah anamı da götürüb gələrsən bu torpaqlara. Mütləq gəlib buraları görməlisən”.
Daşaltı kəndi uğrunda gedən döyüşlərdə Qalibin əmisi oğlu və silahdaşları ilə rastlaşdığını söyləyən şəhidin dayısı Kazım Kazımov vurğulayıb ki, o, əmisi oğluna ailəli olduğu üçün ona irəli getməməyi məsləhət görüb. Özü isə qabağa gedərək, qəhrəmancasına şəhid olub.
“Ali Baş Komandan İlham Əliyevin qətiyyəti nəticəsində ordumuz 44 gün ərzində qələbə qazandı. İnsanlar hər gün Prezidentimizin “Twitter” səhifəsini izləyirdi. Onun hər kəlməsi bizi qürurlandırırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, - deyə şəhidin dayısı bildirib.
Ali Baş Komandanın Sərəncamı ilə Qalib Nuriyev ölümündən sonra "Vətən uğrunda", "Zəngilanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Qarabağ torpaqlarının işğaldan azad olunmasında Nuriyevlər ailəsinin payının olması onları çox qürurlandırır. İndi ailənin yeganə arzusu Qalibin vəsiyyətini yerinə yetirib, işğaldan azad olunmuş torpaqlara birlikdə gedib, oğlunun ruhunu şad etməkdir. (AzərTAc)
Azvision.az
Teqlər: Şəhid Qarabağ Müharibə