Nikolun Moskva səfərinə etiraz: Aeroport yolunu bağladılar - (VİDEO)
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, onlar Paşinyanın Rusiya paytaxtına getməsinin qarşısını almaq üçün Zvartnots beynəlxalq hava limanına aparan yolu bağlayıblar.
Ermənistan parlamenti sədrinin keçmiş müavini Arsen Babayan baş nazirin Moskvaya uçmasına icazə verməyəcəklərini bildirib.
“Paşinyan iki-üç saatdan sonra erməni torpaqlarını, Sünik bölgəsini satmaq niyyətindədir”,- deyə aktivistlərdən biri vurğulayıb.
Hadisə yerinə polis qüvvələri cəlb edilib. Hökumət başçısının kortejinin yolun bağlanmasından bir neçə dəqiqə əvvəl keçdiyi bildirilib.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: İrəvan Müxalifət Etiraz Aksiya