ADA Universiteti ilə “Azərenerji” əməkdaşlığı genişləndirir
Daha sonra İtaliya-Azərbaycan universitetləri çərçivəsində həyata keçirdiyi əməkdaşlıqla bağlı ADA Universiteti tərəfindən hazırlanan və “Azərenerji” ASC-nin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu tərəfindən hazırlanan prezentasiyalar təqdim olunub. Görüşdə energetika sahəsinin peşə təhsili üzrə inkişaf etdirilməsinin vacibliyi və bu barədə əməkdaşlığın aparılması ilə bağlı detallar müzakirə olunub. Bildirilib ki, hər il orta məktəbi bitirən lakin Ali Məktəblərə daxil ola bilməyən, o cümlədən 9-cu sinifdə məktəbdən ayrılan minlərlə gəncin elektroenergetika üzrə peşə təhsilinə cəlb edilməsi, onların yetişdirilməsi, bununla bağlı hərtərəfli təhsil kompleksinin yaradılması, həm ADA Universitetinin, həm də “Azərenerji”nin maraq dairəsində olan vacib məsələdir. Tərəflər yubanmadan bu peşə təhsili ilə bağlı birgə əməli işə keçməyin vacib olduğunu bildiriblər. Görüşdən sonra ADA Universitetinin rektoru Hafiz Paşayev ötən ilin aprel ayında yenidənqurmadan sonra istifadəyə verilən “Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksindəki şəraitlə tanış olub, müzakirələr aparılıb.
Azvision.az
Teqlər: ADA Universitet Azərenerji