Yevlaxdakı DATA Mərkəzi nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

 Yevlaxdakı DATA Mərkəzi nə vaxt istifadəyə veriləcək? -  AÇIQLAMA
  11 Yanvar 2021    Oxunub:2036
Yevlax şəhərində inşa olunan ehtiyat Data Mərkəzin 2020-ci ilin ikinci rübündə istismara verilməsi planlaşdırılmışdı. Lakin koronavirus pandemiyası səbəbindən Mərkəzin istifadəyə verilməsi ləngiyib.
Bu barədə  Azvision.az -ın sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib. Bildirilib ki, COVID-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlər, beynəlxalq uçuşların təxirə salınması və digər bu kimi səbəblərdən xarici ekspertlərin, yoxlama aparan təşkilatların nümayəndələrinin Yevlax şəhərində inşa olunan Data Mərkəzə baxış keçirməsi mümkün olmayıb.

Məlumatda qeyd edilib ki, tezliklə bütün hazırlıq işlərinin yekunlaşdırılması və ehtiyat Data Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2019-cu ildən inşasına başlanılan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən AzInTelecom MMC-in ehtiyat Data Mərkəzi alternativ enerji təminatı, yanğınsöndürmə sistemləri, fiziki mühafizə, ehtiyat su və yanacaq çənləri və ehtiyat enerji mənbələrini təmin edən yüksək qorunmalı sistemlərdən ibarətdir. Bu da öz növbəsində keyfiyyət səviyyəsinin 99,982 % artırılmasına zəmanət verir. DATA Mərkəz ABŞ-ın Uptime Institute təşkilatının TIER 3 dizayn sertifikatını alıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Yevlax   Data-mərkəz  






Xəbər lenti