

***
(13:04)
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "TASS"a Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Moskvaya çatıb və dövlət başçısını hava limanında Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya XİN və respublikanın Moskvadakı səfirliyinin nümayəndələri qarşılayıb.
Səfir əlavə edib ki, hazırda Prezident İlham Əliyevin korteji Kremlə doğru yola düşüb.
Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


