Tərxis edilənlərin müraciətlərinə baxılır - Komissiya işə başladı

 Tərxis edilənlərin müraciətlərinə baxılır -  Komissiya işə başladı
  11 Yanvar 2021    Oxunub:2491
Müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə yaradılan komissiya yanvarın 11-dən fəaliyyətə başlayıb.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, komissiya vətəndaşlar tərəfindən daxil olan müraciətlərin obyektiv və vaxtında araşdırması, həmçinin həll olunması istiqamətində zəruri tədbirlər görəcək.





Azvision.az


Teqlər: MN   Səfərbərlik   Komissiya  






Xəbər lenti