İran kubokunun sahibi azərbaycanlılar oldu

İran kubokunun sahibi azərbaycanlılar oldu
  15 Fevral 2014    Oxunub:1204
Təbrizin “Traktorsazi” komandası ilk dəfə İran kubokunun sahibi olub.
İranın futbol üzrə ölkə çempionatında mübarizə aparan Təbrizin "Traktorsazi" komandası ilk dəfə İran kubokunun sahibi olub.
Trend-in "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 14-də İran Kubokunun finalında "Traktorsazi" Kirman şəhərinin "Mis" komandasının qonağı olub.

Kirman şəhərinin "Bahünər" stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə "Traktorsazi"dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.

"Traktorsazi" İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.

"Traktorsazi" komandasının tərəfdarları oyundan sonra Təbrizin küçələrinə axışıb və bu qələbəni sevinclə qeyd ediblər.


Teqlər:





Xəbər lenti