Pakistanın aviasiya marşalı Bakıya gəldi

 Pakistanın aviasiya marşalı Bakıya gəldi
  11 Yanvar 2021    Oxunub:2676
Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı aviasiya marşalı Mücahid Anvar Xanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Pakistan nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları üzərinə əklil və gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.



Azvision.az


Teqlər: Pakistan   Marşal   Komandan   Səfər  






Xəbər lenti