AQTA-dan yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq

AQTA-dan yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq
  11 Yanvar 2021    Oxunub:2404
Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən Azərbaycan ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad şəhəri ərazisində blutanq xəstəliyi, İsrailin Şimal vilayətinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur regionunun ərazisində Aueski xəstəliyi, Niderlandın Şimali Brabant əyalətinin və Litvanın Kaunas vilayətinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa Muxtar əyalətinin ərazisində süngərvarı ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrailin Şimal vilayətindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litvanın Kaunas vilayətindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuzların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsraildən, Fransa və Litvadan, Niderland və İspaniya krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti