Azərbaycan, Ermənistan və Rusiya arasında İşçi qrup yaradılır

   Azərbaycan, Ermənistan və Rusiya arasında İşçi qrup yaradılır
  12 Yanvar 2021    Oxunub:3115
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları Bəyanata əsasən üç ölkənin rəsmiləri arasında İşçi qrup yaradılır.
Azvision.az xəbər verir ki, İşçi qrupa Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri rəhbərlik edəcək.

İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək.

Bundan əlavə, İşçi qrupu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyənləşdirəcək.

Azvision.az


Teqlər: Rusiya   Moskva   Səfər   Bəyanat  






Xəbər lenti