Hadrut və Cəbrayılda erməni hərbçilərin meyitləri tapıldı

   Hadrut və Cəbrayılda erməni hərbçilərin meyitləri tapıldı
  12 Yanvar 2021    Oxunub:2519
Qarabağ bölgəsində aparılan axtarışlar nəticəsində daha 10 erməni hərbçisinin cəsədinin qalıqları tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Cəsədlər Hadrut və Cəbrayıl istiqamətində aşkarlanıb. Axtarış işlərinin davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, ümumilikdə isə 2020-ci ilin noyabr ayının 13-dən bəri döyüş bölgəsindən 1222 erməni cəsədi götürülüb.

Azvision.az


Teqlər: Qarabağ   Cəsəd  






Xəbər lenti