Azərbaycan G20-nin sammitinə dəvət edildi

 Azərbaycan G20-nin sammitinə dəvət edildi
  13 Yanvar 2021    Oxunub:3689
Azərbaycan cari ilin 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək “Böyük iyirmilik” (G20) ölkələrinin zirvə görüşünə dəvət edilib.
Azvision.az -ın məlumatına görə, may-sentyabr aylarında nazirlər səviyyəsində 10 sahəvi (innovasiya və tədqiqat, iqtisadiyyat və maliyyə, kənd təsərrüfatı, mədəniyyət və turizm, ətraf mühit, iqlim və enerji, ticarət, əmək və təhsil, səhiyyə, xarici işlər və inkişaf, cari məsələlər) görüş planlaşdırılır.

Qeyd edək ki, G20-nin daimi üzvləri Almaniya, ABŞ, Argentina, Avstraliya, Böyük Britaniya, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Fransa, Hindistan, İndoneziya, İtaliya, Kanada, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və Avropa İttifaqıdır.

Azvision.az


Teqlər: G-20  






Xəbər lenti