Türkiyəli ekspert üçtərəfli bəyanatı müsbət qiymətləndirdi

   Türkiyəli ekspert üçtərəfli bəyanatı müsbət qiymətləndirdi
  13 Yanvar 2021    Oxunub:2623
“Moskva görüşü qalan problemlərin həlli istiqamətində önəmlidir”
Azvision.az xəbər verir ki, bunu türkiyəli hərbi-siyasi eksperti Abdullah Ağar yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş və liderlərin imzaladığı bəyanatla bağlı şərhində bildirib.

“Əlbəttə, nəqliyyat-kommunikasiya sisteminin blokdan çıxarılması Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan üçün, ümumilikdə bölgə üçün əhəmiyyətlidir. Əldə olunan razılaşmalar, imzalanan sənəd Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək”, - deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, hazırda bölgədə Azərbaycan, Rusiya, Ermənistanla yanaşı, Türkiyə, İran və Gürcüstan işbirliyinə də zəmin yaranır.

Azvision.az


Teqlər: AbdullahAğar  






Xəbər lenti