Qoşqar Təhməzli müşavirini Aparat rəhbəri təyin etdi
O, əmək fəaliyyətinə 2007-ci ildə başlayıb, bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışıb. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibiliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub.
E. Mikayılov 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri, 2018-ci ilin may ayından Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb.
Bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis dillərini bilir. Ailəlidir, 1 övladı var.
Azvision.az
Teqlər: AQTA Təyinat Aparat-rəhbəri







Vaxtında, Aydın, Lazımlı!


