“Onlar cinayət predmeti olan əməllər törədiblər” - İlham Əliyev
“Şəhər və kəndlərimizin adlarını dəyişirdilər, hətta xristian dini abidələrinin mənşəyini belə dəyişirdilər. Onlar xristian dininə ibadət edən qədim udilərin dini irsinin mənşəyini dəyişirdilər. Onlar qədim Qafqaz Albaniyasının kilsələrini erməni kilsələrinə çevirirdilər. Beləliklə, onlar cinayət predmeti olan bir çox əməllər törədiblər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycana vurulmuş ziyanın qiymətləndirilməsi prosesinə başlandığını qeyd edən Prezident İlham Əliyev deyib ki, tanınmış beynəlxalq şirkətlərin köməyi ilə maddi, mədəni, mənəvi, ekoloji ziyan hərtərəfli qiymətləndiriləcək və bu da təcavüzkar Ermənistan dövlətini beynəlxalq məhkəmələrə vermək imkanı yaradacaq.
Azvision.az
Teqlər: İlham-Əliyev Prezident







Vaxtında, Aydın, Lazımlı!


