“Jurnalistin statusu”na aydınlıq gətirilməlidir - Əhməd İsmayılov
Onun sözlərinə görə, jurnalist və media subyekti blokunun bir-birindən ayrılmasına ehtiyac var.
Ə.İsmayılov əlavə edib ki, əvvəlkindən fərqli olaraq, agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Agentlik tərəfindən həyata keçiriləcək tədbirlər bundan sonra onlyan, çap audioviziual media subyektləri əhatə edəcək.
Ə.İsmayılov, həmçinin bildirib ki, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması üçün onların ixtisasartırması xüsusilə qeyd edilməlidir.
Agentlik sədri əlavə edib ki, jurnalistikaya gəlmək istəyənlər üçün peşə hazırlığı tədrisinin təşkili və buna dəstək göstərilməsi əsas istiqamət olacaq. İkinci istiqamət hazırda jurnalitikada fəaliyyət göstərən jurnalist həmkarların ixtisasartırılmasının təmin olunmasıdır. Bunun üçün həm ölkənin mövcud kadr və infrasturktur potensialı çərçivəsində işlərin görülməsi, eyni zamanda xaricdən mütəxəssislərin cəlbi ilə bu təlimlərin və tədrisin keçirilməsi, xaricdəki tədris subyektləri ilə əlaqələrin qurulması nəzərdə tutulur.
Azvision.az
Teqlər: Əhmədİsmayılov







Vaxtında, Aydın, Lazımlı!


