MN: Azərbaycan ordusu atəşkəsi pozmayıb

 MN: Azərbaycan ordusu atəşkəsi pozmayıb
  13 Yanvar 2021    Oxunub:3924
Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya atəşkəsi pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviç Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralandığı barədə Ermənistan KİV-lərinin yaydığı məlumatı təkzib edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

“Azərbaycan Ordusu 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə ciddi şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən heç bir atəşkəsin pozulması halı olmayıb”, - deyə MN rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: Müdafiə-Nazirliyi   Atəşkəs  






Xəbər lenti