“Pakistan və Türkiyənin mövqeyi son dərəcə əhəmiyyətli idi” - Nazir

   “Pakistan və Türkiyənin mövqeyi son dərəcə əhəmiyyətli idi” -    Nazir
  14 Yanvar 2021    Oxunub:2878
İkinci Qarabağ müharibəsində Pakistan və Türkiyənin mövqeyi bizim üçün son dərəcə əhəmiyyətli idi.
Azvision.az xəbər verir ki, bunu İslamabadda Pakistan, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin ikinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov deyib.

Nazir ikinci Qarabağ müharibəsində Azərbaycana göstərdikləri dəstəyə görə Pakistan və Türkiyənin xarici işlər nazirlərinə təşəkkür edib.

XİN rəhbəri bildirib ki, Türkiyə və Pakistan Ermənistanın hücumlarını, Azərbaycana qarşı törətdiyi müharibə cinayətlərini qınayıb, suverenlik və ərazi bütövlüyünə əsaslanaraq Azərbaycanı dəstəkləyib və beynəlxalq arenada səslərini ədalətin təzahürü üçün qaldırıblar.

Azvision.az


Teqlər: XİN  






Xəbər lenti