İran-Türkmənistan-Qazaxıstan dəmiryolu istifadəyə verilir
M.C.Zərif bildirib ki, R.Meredov iki günlük səfəri zamanı bir sıra görüşlər keçirəcək və İranın neft naziri ilə danışıqlar aparacaq: "Bu səfər dost və qardaş Türkmənistanla əlaqələrin gündən-günə inkişaf etdiyini göstərir".
İcrasına 2007-ci ildən start verilən İran-Türkmənistan-Qazaxıstan dəmiryolu "Şimal-Cənub" dəhlizinə daxil olan layihələrdəndir. Layihənin 2014-cü ilin oktyabr ayınadək tamamlanacağı gözlənilir. Həmin dəmiryol vasitəsilə ilkin mərhələdə ildə 3-4 milyon ton yük daşımaq nəzərdə tutulur. Perspektiv planda isə ildə 10-15 milyon ton yükün həmin dəmiryol vasitəsilə daşınması planlaşdırılır.
Qeyd edək ki, Türkmənistanın xarici işlər naziri R.Meredovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Tehrana səfər edib. Səfər zamanı İran və Türkmənistan arasında enerji və bank sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Türkmənistan XİN başçısının İranın digər rəsmiləri ilə də görüşləri nəzərdə tutulub.
Teqlər: