Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi

   Fransa Güləş Federasiyası Azərbaycandan üzr istədi
  14 Yanvar 2021    Oxunub:4585
Fransa Güləş Federasiyası (FGF) Azərbaycan Güləş Federasiyasından üzr istəyib.
Azvision.az xəbər verir ki, buna səbəb Nitsada keçiriləcək Qran-Pri turnirinin rəsmi sənədlərində Azərbaycan bayrağının əks olunmamasıdır.

FGF-in “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən xəbərdə deyilir: “Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyasından və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə uğurlu mübarizə arzulayırıq”.

Qeyd edək ki, yanvarın 15-17-də keçiriləcək yarışda 27 ölkədən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.

Azvision.az


Teqlər: Fransa   Güləş   Üzr   Azərbaycan  





Xəbər lenti