Vaksinasiyadan sonra turizm bərpa olunacaq? - AÇIQLAMA

Vaksinasiyadan sonra turizm bərpa olunacaq? -  AÇIQLAMA
  14 Yanvar 2021    Oxunub:2925
Dünyada başlayan və Azərbaycanda da yaxın günlərdə başlanacaq COVID-19 pandemiyasına qarşı vaksinasiya bizə inzibati-daxili və xarici sərhədlərin qısa zamanda açılması ümidi verir.
Azvision.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib. O bildirib ki, bununla bağlı dəqiq vaxtı demək çətindir:

“İlk növbədə qərarlar veriləndə insanların sağlamlıq məsələsi əsas götürülür. Bu, təmin ediləndən sonra digər məsələlərlə bağlı qərarlar olacaq”.

K.Quluzadə qeyd edib ki, vaksinasiyanın nəticələri qlobal səviyyədə müsbət olarsa, buna uyğun qərarlar verilə bilər: “Lakin sərhədlərin açılması və turistlərin hərəkəti üçün imkanların yaradılması vaxtı dəqiq deyil. Bu qərar turizmçilərdən asılı deyil. Azərbaycan turizm sənayesi qonaqları - həm daxili, həm də xarici turistləri qəbul etməyə hazırdır. Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq kriteriyalar, meyarlar müəyyənləşdirilib və insanların sağlamlığının qorunması diqqətdədir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  






Xəbər lenti