DİM: 188 nəzarətçi-müəllim bazadan xaric edilib

 DİM:  188 nəzarətçi-müəllim bazadan xaric edilib
  14 Yanvar 2021    Oxunub:2575
Köçürməyə və digər qayda pozuntularına yol verən, cəlb edildiyi imtahanlara üzrlü səbəb olmadan gəlməyən nəzarətçilərlə bağlı tədbir görülüb. Bu səbəblərə görə 188 nəzarətçi bazadan xaric edilib və onlar haqqında məlumatlar müvafiq qurumlara göndərilib.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, 2020-ci ildə keçirilən imtahanlara nəzarətçi qismində cəlb edilməsi nəzərdə tutulan müəllimlərin sayı 15657 nəfər olub:

"Ümumi təhsil müəssisələrində təhsilalanların biliyinin yekun qiymətləndirilməsi imtahanlarına 11334, ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarına isə 6700 nəzarətçi cəlb edilib. Yekun olaraq bu imtahanlarda 13043 nəzarətçi (bir nəzarətçinin bir neçə imtahana cəlb edildiyini nəzərə alsaq 28157 nəzarətçi) iştirak edib".

Aytən Zəhra
Azvision.az




Teqlər: DİM   Nəzarətçi-müəllim  





Xəbər lenti