"Azəriqaz"dan Ucardakı yanğınlara münasibət
“28 May və Vidadi küçələrində yanğın baş verən ərazilərdə yerləşən qaz xətləri Ucar Qaz Paylayıcı Stansiyasından (QPS) qidalanır və aşağı təzyiqlidir. Eyni zamanda onu da qeyd edirik ki, hadisə baş verən tarixdə həmin ərazilərdə qazın təzyiqinin artıb-azalması halları müşahidə edilməyib. Yanğın hadisələri qaz xətlərinin sonunda yerləşən ünvanlarda baş verib. Bu isə yanğın hadisələrinin qazla əlaqəli deyil, abonentlərin qazdan təhlükəsiz istifadə qaydalarına riayət etməməsi nəticəsində baş verməsi və ya başqa səbəblərdən olması ehtimalını yaradır. Digər tərəfdən yanğının partlayışla müşayət edilməməsi bu hadisənin qazla əlaqəsi olmadığını əks etdirir.
Xəbər saytlarında Ucar sakinləri tərəfindən baş vermiş hadisələrlə bağlı yayılan məlumatlarda göstərilən digər hallar tərəfimizdən aparılan ilkin araşdırma zamanı öz təsdiqini tapmayıb”, - deyə açıqlamada qeyd olunub.
Azvision.az
Teqlər: Azəriqaz







Vaxtında, Aydın, Lazımlı!


