Komitə sədri Əlcəzair səfiri ilə görüşüb
Sədr son illər gömrük sistemindəki islahatlar barədə məlumat verib, deyib ki, əməkdaşların potensialının gücləndirilməsi, informasiya texnologiyalarının geniş tətbiqi, qabaqcıl təcrübələrə əsaslanan layihələrin reallaşdırılması fiskal sahə ilə yanaşı, qaçaqmalçılıqla mübarizə, şəffaflığın təmin olunması, ticarətin asanlaşdırılması, sərhədkeçmə proseslərinin sürətləndirilməsi istiqamətində mühüm uğurların əldə edilməsinə şərait yaradıb. Komitə sədri iki ölkənin gömrük orqanları arasındakı əlaqələrin gələcək perspektivlərindən danışıb və əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
S.Abdelhak Azərbaycanın Vətən müharibəsindəki qələbəsi münasibətilə təbriklərini çatdırıb və ölkələrimiz arasındakı münasibətlərdən məmnunluqla bəhs edib. O, Azərbaycan gömrüyünün əldə etdiyi uğurların təqdirəlayiq olduğunu, bütün sahələrdə əldə edilən nailiyyətlərlə bağlı təcrübə mübadiləsinin əməkdaşlığa, gömrük işinin inkişafına töhfə verəcəyini bildirib.
Azvision.az