Şəhid ailələrinə təqaüd kartı və “Şəhid ailəsi üzvü” vəsiqəsi verildi
Görüşlər zamanı ailələrin sosial vəziyyəti öyrənilib. Onlara şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə məlumat verilib.
Hər üç şəhidin ailələrinə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğu bildirilib. Şəhid ailələrinin həmçinin aktiv məşğulluq proqramlarına cəlb olunması işlərinin də aparıldığı qeyd olunub.
S.Mehdiyev ailələrə təqaüd kartını və “Şəhid ailəsi üzvü” vəsiqəsini təqdim edib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanacağını vurğulayıb.
Azvision.az
Teqlər: ƏƏSMN Şəhid Ailə Kart Təqaüd







Vaxtında, Aydın, Lazımlı!


