Tələbələr arasında keçirilən paintball çempionatı başa çatdı

Tələbələr arasında keçirilən paintball çempionatı başa çatdı
  15 Fevral 2014    Oxunub:1351
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Tələbələr arasında paintball çempionatı” layihəsi başa çatıb.

Layihə tələbələrin hərbi xidmətə hazırlıq səviyyələrinin artırılması və onların atıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.

AzVision.az xəbər verir ki, layihənin təşəbbüsçüsü İkram Aslanov AzərTAc-a bildirib ki, ilk tur, yarımfinal və final mərhələlərini əhatə edən çempionata müxtəlif universitetlərin tələbələri komanda şəklində qoşulmuşlar. Qalib komandalara mükafatlar verilib.

Tələbələrin istəkləri nəzərə alınaraq layihənin müxtəlif biznes qurumlarının dəstəyi ilə gələcəkdə də davam etdirilməsi planlaşdırılır.


Teqlər:





Xəbər lenti