Abdulla Gül qatar sürür – VİDEO
Hazırda İstanbul Metropoliteni 8 xətdən ibarətdir. Onlardan altısı İstanbulun Avropa hissəsində yerləşir. İstanbul metrosunda 62 stansiya var, onlardan 30-u tikinti mərhələsindədir. İstanbul metrosunun ümumi uzunluğu 122 kilometrdir.
Qeyd edək ki, fevralın 12-də Türkiyənin paytaxtı Ankarada da metropolitenin yeni xətti istismara verilmişdi. Metronun yeni Batıkent-Sincan xəttinin açılışında Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.
Tikintisi 2012-ci ilin fevral ayından başlayan Ankara Metropoliteninin yeni xəttinin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.
Ankara Metropoliteni 1996-cı ildə istismara verilib, 22 stansiyadan ibarətdir. Paytaxtın metro xəttinin ümumi uzunluğu 60,4 kilometrdir.
Teqlər: