Şəhidlər Xiyabanında 20 Yanvara hazırlıq - FOTOLAR

 Şəhidlər Xiyabanında 20 Yanvara hazırlıq -  FOTOLAR
  15 Yanvar 2021    Oxunub:2922
20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında hazırlıq işləri aparılır.

Azvision.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən təmir, geniş təmizlik və abadlıq işləri görülür.
Xiyabanda faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerlər cəlb olunub. Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

20 Yanvar faciəsinin ildönümünə hazırlıq işlərindən görüntüləri təqdim edirik:













Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Şəhidlər-Xiyabanı   20-Yanvar  






Xəbər lenti