Ombudsman saxlanılan erməni diversantlara baş çəkdi
Ombudsmanın Milli Preventiv Qrupunun həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir sıra şəxslər konfidensial qaydada qəbul olunub. Onlarla söhbət zamanı saxlanma şəraiti, rəftar məsələləri, qidalanma, tibbi yardım və digər hüquqların təmin olunması vəziyyəti yoxlanılıb. Saxlanılan şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib, qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib, habelə ərizələri qəbul olunub və bir sıra müraciətlər yerində təmin edilib.
Başçəkmə çərçivəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatların dayandırılmasından sonra Azərbaycanın işğaldan azad olunmuş ərazisində müəyyən edilərək saxlanılan, Ermənistandan olan təqsirləndirilən şəxslərlə də konfidensial qaydada görüş keçirilib. Başçəkmə zamanı qəbul edilmiş şəxslər müəssisədə saxlanma şəraitindən, rəftardan, qidadan və tibbi xidmətdən şikayət etməyiblər.
Sonda müəssisənin rəhbərliyinə və əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirici söhbət aparılıb və müvafiq tövsiyələr verilib.
Azvision.az
Teqlər: Ombudsman Səbinə-Əliyeva







Vaxtında, Aydın, Lazımlı!


