"Bu isə ondan xəbər verir ki, rayonlarımıza kifayət qədər ciddi ziyan dəyib. Təbii ki, dəymiş ziyanın hesablanması və buna uyğun olaraq təzminatın ödənilməsi ilə bağlı müraciətin edilməsi vacibdir. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən göstərişlər verilib. Eyni zamanda ölkə başçısının tapşırığına uyğun olaraq prosesə xarici şirkətlərin və ekspertlərin cəlb edilməsi, təzminatla bağlı məsələnin beynəlxalq səviyyəyə çıxarılması işğalçı ölkədən təzminatın ödənilməsinə dair prosesləri daha da intensivləşdirir və aktuallaşdırır".
Deputat qeyd edib ki, ziyanın hesablanması ilə bağlı bir sıra beynəlxalq qurumların və Dünya Bankının xüsusi metodologiyası var.
"Dünya Bankı dörd istiqamət üzrə ziyanın hesablanmasını həyata keçirir və buna uyğun olaraq təzminatın ödənilməsi reallaşdırılır. Əvvəlki dövrlərdəki müharibələr də göstərir ki, təzminatın ödənilməsi mexanizmi, nümunələri var. İkinci Dünya Müharibəsindən başlayaraq indiyə qədər olan müharibələrin əksəriyyətində təzminatın ödənilməsi ilə bağlı məsələlər beynəlxalq müstəviyə təqdim olunub. Körfəz müharibəsində 200 milyard dollardan artıq təzminatın ödənilməsi ilə bağlı BMT tərəfindən xüsusi qətnamə qəbul edilmişdi".
V.Bayramov vurğulayıb ki, Azərbaycanın təzminatın ödənilməsi ilə istiqamətində fəaliyyəti beynəlxalq hüquq prinsiplərinə uyğundur.
"Beynəlxalq hüquq prinsipləri, beynəlxalq konvensiyalar ölkəmizə imkan verir ki, təzminatın ödənilməsi ilə bağlı proseslərin aparılması və beynəlxalq səviyyəyə çıxarılmasına nail oluna bilsin. Proses başlayıb və işğaldan azad edilmiş ərazilərimizdəki mövcud infrastrukturun vəziyyəti göstəririr ki, söhbət kifayət qədər böyük məbləğdə təzminatın ödənilməsindən gedir".
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


