İşğaldan azad edilmiş ərazilərlə bağlı görüş keçirildi
Məlumata görə, energetika nazirinin müavini Elnur Soltanov və aparat rəhbəri Zaur Məmmədov tərəfindən tədbir iştirakçılarına müvafiq sahədə görülmüş işlər və nəzərdə tutulan planlar haqqında məlumat verilib. Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Təbriz Əmmayev tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji potensialına dair məlumatları özündə ehtiva edən təqdimat nümayiş etdirilib.
Daha sonra beynəlxalq qurumların məsələ ilə bağlı fikirləri dinlənilib, suallar cavablandırılıb. Yaşıl enerji zonasının yaradılması ilə bağlı çağırış beynəlxalq qurumlar tərəfindən müsbət qiymətləndirilib və bu sahədə əməkdaşlığa maraq ifadə edilib.
İlkin addım olaraq məsləhətçi şirkət cəlb edilməsi üçün texniki tapşırıq layihəsinin hazırlanması üzrə birgə əməkdaşlıq məsələsi nəzərdən keçirilib. Görüşdə həmçinin, gələcəkdə bərpa olunan enerji hərraclarının işğaldan azad edilmiş ərazilərdə təşkil edilməsi və bu sahəyə özəl investisiyaların cəlbi imkanları müzakirə edilib.
Azvision.az
Teqlər: Energetika Azərbaycan