`Kəpəz` FK `Karvan`la görüşəcək

`Kəpəz` FK `Karvan`la görüşəcək
  16 Fevral 2014    Oxunub:3834
Gəncənin "Kəpəz" klubu Yevlaxın "Karvan" komandasının qonağı olacaq.
Sabah futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda 17-ci turun oyunları çərçivəsində Gəncənin "Kəpəz" klubu səfərdə Yevlaxın "Karvan" komandasının qonağı olacaq.

AzVision.az Kəpəz TV-yə istinadən məlumat verir ki, bu gün gəncəlilər qarşıdakı oyunla bağlı son məşqlərini keçiriblər. Şəhər stadionunun yardımçı meydançasında baş tutan hazırlıq prosesində futbolçular ağır yükləmələrdən azad olublar. Təxminən bir saata yaxın davam edən məşq yüngül xarakter daşıyıb. "Kəpəz"in heyətində zədə və ya cəza səbəbindən itki yoxdur. Komanda görüşə tam tərkibdə hazırlaşıb.

Qeyd edək ki, mövsümün birinci yarısında Nizami yurdunda bu komandalar arasında reallaşan görüşdə yexlaxlılar 1:0 hesabı ilə qələbə qazanmışdılar. Turnir cədvəlində 8-ci olan "Karvan"ın 24 xalı var. "Kəpəz" 15 xalla 13-cüdür.

Sabah saat 14-də başlayacaq oyunu Elvin Əsgərovun rəhbərlik etdiyi hakimlər birqadası idarə edəcək.

Vidadi Rzayev- "Kəpəz"in baş məşqçisi: "Qələbə əzmi ilə səfərə gedirik. İlk dövrədən fərqli heyətimizdə dəyişiklik var. Bu İmişli klubu ilə oyunda da özünü göstərdi. Döyüşkən kollektiv yaratmışıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq".


Teqlər:





Xəbər lenti