Ceyhun Bayramov və Lavrov telefonla danışdı

Ceyhun Bayramov və Lavrov telefonla danışdı
  15 Yanvar 2021    Oxunub:2093
Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən Azvision.az -a bildirilib ki, nazirlər 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyət, eləcə də bu il yanvarın 11-də Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər barədə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Azvision.az


Teqlər: XİN   Ceyhun-Bayramov   Lavrov  






Xəbər lenti