“Uğur qazanmaq üçün əhalinin 60 faizində immunitet olmalıdır”

“Uğur qazanmaq üçün əhalinin 60 faizində immunitet olmalıdır”
  16 Yanvar 2021    Oxunub:1931
Dünyanın və ölkənin pandemiyada uğur qazanması üçün əhalinin təxminən 60 faizində virusa qarşı immunitet formalaşmalıdır.
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, bu göstəricilərin bir hissəsi yoluxub sağalmış, digər hissəsi isə peyvənd olunmuş şəxslərdə formalaşır.

“Pandemiyanın davam etdiyi müddətdə bir çox sərt karantin tədbirləri və müalicə üsulları tətbiq edilsə də, güclü mübarizə üsulları hələ hazır deyil".

Aytən Zəhra
Azvision.az


Teqlər: Səhiyyə-Nazirliyi  






Xəbər lenti