Vaksinlər Koronavirusla Mübarizə Fondunun vəsaiti hesabına alınır
Onun sözlərinə görə, digər xərclər dövlət hesabına həyata keçirilir: “COVID-19 əleyhinə vaksinlərin əsas seçim meyarları təhlükəsiz və effektiv olmasıdır. Hazırda dünyada 3-cü faza klinik sınaqlarda olan, klinik sınaqları bitən vaksinlərin sayı 7-dir. Onlar müxtəlif platformalarda hazırlanır. Hazırda dünyada istifadə olunan əksər vaksinlərin insan bədəninə tətbiq edilməsində ikili doza istifadə olunur. Aktiv istifadədə olan vaksinlərin kifayət qədər həcmli istehsalına başlanılıb”.
T.Musayev bildirib ki, koronavirus əleyhinə vaksinlərin alınması çoxtərəfli danışıqlar və birbaşa vaksin istehsalçıları ilə danışıqlar əsasında baş tutur.
Aytən Zəhra
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


