“Azərbaycan ən təhlükəsiz vaksini əldə edib” - Şahmar Mövsümov

 “Azərbaycan ən təhlükəsiz vaksini əldə edib” -    Şahmar Mövsümov
  16 Yanvar 2021    Oxunub:1929
Vaksinasiya prosesi ölkə rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Azərbaycan vaksinasiyaya başlayan ilk ölkələrdəndir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi − Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, Azərbaycan ən təhlükəsiz vaksini əldə edib: “İlk mərhələdə tibb işçiləri vaksin olunacaq. Bu proses bir həftə davam edəcək. Fevralın 1-dən ikinci mərhələ başlayacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksin  





Xəbər lenti