Hüseyn Paşayevin sözlərinə görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Qan Bankının müraciətinə dərhal reaksiya verərək bugünkü qanvermə aksiyasının keçirilməsi haqqında qərar qəbul edib. Partiyanın fəalları, sıravi üzvləri, könüllüləri, o cümlədən Milli Məclisdə təmsil olunan deputatları bu təşəbbüsə dəstək verərək aksiyada iştirak ediblər.
“Vətən müharibəsinin qələbə ilə başa çatmasında canlarını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. Torpaq uğrunda, Vətən uğrunda qanlarını axıtmış vətəndaşlarımızın müalicəsinə dəstək verilməsi də hər şeydən öncə hər birimizin vətəndaşlıq borcudur.”, - deyə YAP Mətbuat Xidmətinin rəhbəri qeyd edib.
Hüseyn Paşayev onu da bildirib ki, Yeni Azərbaycan Partiyası əvvəllər də qanvermə aksiyaları təşkil edib: “Bir müddət əvvəl YAP Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq qanvermə aksiyasını təşkil etmişdi. Hazırki qanvermə aksiyası da bu humanist missiyanın davamı kimi qiymətləndirilməlidir”.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


