Tərxis olunanlarla bağlı 1700-dən artıq müraciətə baxılıb

 Tərxis olunanlarla bağlı 1700-dən artıq müraciətə baxılıb
  16 Yanvar 2021    Oxunub:1247
Müdafiə nazirinin müvafiq əmri ilə yaradılmış Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən komissiya tərəfindən 5 gün ərzində 1550 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Füzuli rayonu ərazisində fəaliyyət göstərən komissiyanın səyyar qrupu tərəfindən isə bu günədək 193 müraciətə baxılıb, onların həll olunması üzrə müvafiq tədbirlər görülüb.

Azvision.az



Teqlər: Təxris   Müdafiə-Nazirliyi  





Xəbər lenti